MDB
Nazarbayevlə Sarkisyanın telefon danışığının DETALLARI
Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Ermənistanın prezidenti Armen Sarkisyanla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə aprel ayının 13-dən etibarən Ermənistanda başlayan etiraz dalğalarının sülh yolu ilə həll olunması gərəkdiyini deyən Nazarbayev hakimiyyəti əhali ilə danışıqlara səsləyib.
Nazarbayevin Armen Sarkisyanla telefon danışığının qısa məzmunu yayımlanıb. Məlumata görə, iki dövlət başçısı söhbət əsanasında Ermənistandakı vəziyyətin mövcud həll yollarını müzakirə edib.
"Ermənistanda ilk növbədə daxili siyasəti qaydasına salmaq lazımdır. Ermənistan xalqı dostcanlıdır və sülhü haqq edir. Ermənistanın konstitusiyasına uyğun olaraq hakimiyyət yaranmış böhranı aradan qaldırmaq məqsədilə bütün tərəfləri qarşılıqlı dioloqa cəlb etsin"- deyə Nazarbayev bildirib.
Xatırladaq ki, Qazaxıstan mətbuatının məlumatına görə, prezidentlərin telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirilib.
Könül Cəfərli
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































