MDB
Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
Ukrayna müharibəsi gərgin döyüşlər və əsasən də raket hücumları, dron əməliyyatları ilə davam edir.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmi "Telegram" kanalında Pilotsuz Uçu Aparatları ilə bağlı diqqət çəkən məlumat yayılıb. Nazirlik bəyan edib ki, təkcə bir gecədə- 28 noyabrda Rusiya ərazisi üzərində 1200-dən çox Ukrayna pilotsuz təyyarəsi vurulub.
Bəyanatda deyilir: "Hava Hücumundan Müdafiə Qüvvələrinin növbətçiləri 1246 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirib və ya məhv edib".
Nazirliyin məlumatına görə, hücumlar 16 bölgədə dəf edilib. Bəzi hədəflər Krımda, Başqırdıstanda, paytaxt bölgəsində və Krasnodar diyarında məhv edilib: "Digər pilotsuz təyyarələr isə Rostov, Kursk, Samara, Belqorod, Volqoqrad, Tula, Orel, Bryansk, Saratov, Kaluqa, Voronej və Smolensk vilayətlərində zərərsizləşdirilib".
Nazirlik Ukrayna hərbçilərinin əsasən təyyarə tipli PUA-lardan istifadə etdiyini dəqiqləşdirib.
Müəllif: Tural
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır












.jpg)






















