Rusiya fəlakətə DOĞRU – Sosioloji mərkəz açıqladı
Bizi izləyin

MDB

Rusiya fəlakətə DOĞRU – Sosioloji mərkəz açıqladı

Gənc rusiyalıların demək olar ki, üçdə biri həmişəlik ölkədən getmək istəyirlər.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda İctimai rəyin öyrənilməsi üzrə ümumrusiya Mərkəzinin (VSİOM) apardığı tədqiqatın nəticələrində deyilir.

İdarənin saytında dərc edilmiş nəticələrə əsasən, 18-24 yaşlarında olan gənc rusiyalıların 31 faizi daimi yaşayış yeri olaraq xarici ölkələrə üstünlük verir. VSİOM qeyd edir ki, Rusiyanı tərk etmək arzusu cavan insanlarda son 5 il ərzində maksimuma çatıb. 2014-2017-ci illərdə bu say 21 faizdən 26 faizə qədər tərəddüd edirdisə, 2017-ci illə müqayisədə indiki göstərici 6 faiz artıb.

Ancaq, tədqiqata əsasən, bütovlükdə bütün yaş qrupları arasında Rusiya sakinlərinin əksəriyyəti - 88 faizi ölkəni həmişəlik tərk etmək istəmədiyini bildiribər.

Rusiyalılar üçün ən cazibədar xarici ölkə Almaniyadır. Respondentlərin 16 faizi Almaniyaya köçmək arzusunu ifadə edib. Sonrakı yerləri ABŞ (7 faiz), İspaniya (6 faiz), Kanada (5 faiz) və İtaliya (4 faiz) tutur. Daha 4 faizi Avropa ölkələrindən birinə köçmək istəydiyini bildirsə də, ölkənin hələ müəyyən etmədiyini söyləyiblər.

Sosioloqlar aydınlaşdırıblar ki, ölkəni tərk etmək arzusunda olanların gələcəklə bağlı heç bir konkret planı yoxdur.

Ekspertlər təbii artımın azalması ilə kütləvi köçün artmasını Rusiya üçün fəlakətli nəticələrə gətirib çıxaracağını bildirirlər. Araşdırıcıların proqnozlarına görə, 2035-ci ilə doğru ölkədə əhalinin təbii azalması 400 min, daha bədbin ssenaridə isə 1 milyon nəfər təşkil edə bilər. BMT-nin proqnozlara əsasən, Rusiya əhalisinin sayı 2050-ci ilə doğru indiki 143 milyondan 129 milyon nəfərə qədər azala bilər. Nəticədə, Rusiya bu göstərici üzrə Tanzaniya, Filippin, Meksika kimi ölkələri qabağa buraxıb dünyada doqquzuncu yerdən 15-ci yerə doğru yer dəyişə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm