Krımı necə tutdular? - İlhaqla bağlı indiyə kimi bilinməyən ŞOK DETALLAR
Bizi izləyin

MDB

Krımı necə tutdular? - İlhaqla bağlı indiyə kimi bilinməyən ŞOK DETALLAR

Rusiya hərbçiləri sonrakı işğal üçün Krıma 4 istiqamətdən gəlirdilər.

Publika.az xəbər verir ki, bu sensasiyalı fikri InformNapalm” təşkilatının mətbuat katibi Mixail Makaruk “Azadlıq” radiosuna müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, birinci istiqamət Xarkov-Simferopol avtomobil yolu idi. Mülki geyimlə Sevastopola gələn rus hərbçiləri burada silah alır və sakitcə “yoxa çıxırdılar”. Makaruk iddia edir ki, ikinci yol insanların, hərbi güc və və texnikanın Baltika donanmasından gələn gəmilərdən Sevastopol limanında düşürülməsi idi.

Makaruk vurğulayıb ki, Şimal hərbi dairəsinin 18-ci motoatıcı briqadası Krıma təyyarələrə gətirilirdi. Bu bölmə Ukrayna ordusunun hərbi hissələrinin mühasirəyə alınmasında iştirak edirdi.

Makarukun sözlərinə görə, Rusiya həmçinin Krıma güc strukturlarının çoxlu sayda əməkdaşını göndərmişdi, çünki burada peşəkar kadr hərbçiləri çatışmırdı. Krımda olan Ukrayna hərbi qulluqçularının çox hissəsi müqaviməti göstərə bilərdilər.

O həmçinin əlavə edib ki, Krımı tutan Rusiya ordusunun bir neçə bölməsi müəyyən edilib.

“Bizim komandamız artıq Rusiyanın 31-ci ayrı qvardiya desant-hücum briqadası, tədris təyinatlı 45-ci ayrı qvardiya briqadası, 98-ci qvardiya hava-desant diviziyası, 18-ci ayrı motoatıcı briqadası, həmçinin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı 10-cu ayrı briqadasının Krımın tutulmasında iştirakını müəyyənləşdirib”, - o deyib.

O qeyd edib ki, Krımın zəbt edilməsinə aktiv hazırlıq təxminən iki ay aparılırdı.

Makaruk əlavə edib ki, Ukraynanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edən “InformNapalm” Ukrayna işləri üzrə Rusiyaya qarşı bir sıra ittiham aktları hazırlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm