Moskva ABŞ-ı kosmik silahlanma barədə xəbərdar etdi
Bizi izləyin

MDB

Moskva ABŞ-ı kosmik silahlanma barədə xəbərdar etdi

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ı qızğın kosmik silahlanmadan xəbərdar edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, nazirliyin yaydığı bəyanata görə, kosmosda silahlı qarşıdurma ötən əsrin ortalarında başlamış nüvə silahlanması üzrə yarışdan daha zərərli ola bilər.

“Bu səylər birbaşa onun sübutudur ki, Vaşinqton kosmosda güc tətbiqindən imtina etmək niyyətində deyil. Amerika qanunvericilərinin belə hərəkətləri strateji sabitlik məsələləri üzrə dialoqun konstruktivliyinə, həmçinin beynəlxalq təhlükəsizlik üzrə əlverişli atmosferin yaradılmasına imkan yaratmır”, - idarənin bəyanatında qeyd edilir.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi beləliklə, ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi müdafiə büdcəsi layihəsinə reaksiya verib. Sənəddə kosmik layihələr üçün də vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda heç bir ölkə kosmosda silahlara malik deyil, hərçənd, beynəlxalq razılaşmalara əsasən, yalnız kütləvi qırğın silahlarının yerləşdirilməsi qadağan edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm