MDB
Torpaqlar bu yolla qaytarılacaq – XİN AÇIQLADI
Ukrayna hərbi metodlara qaçmadan Krım və Donbas üzərində nəzarəti bərpa edəcək. Regionlar xüsusi siyasi-diplomatik yolla qaytarılacaq.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik bununla da Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun sözlərinə reaksiya verib. İdarədən bildiriblər ki, əslində Rusiya hücuma hazırlıq görür. Məlumata görə, Ukrayna ilə sərhədə 80 mindən çox Rusiya hərbçisi, yüzlərlə tank və “İskəndər” raket kompleksləri cəmlənib.
Daha əvvəl “Komsomolskaya Pravda” radiosunun efirində Rusiyanın xarici işlər naziri bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyayla sərhəddə təxribat hazırlayır.
O dəqiqləşdirib ki, alınmış informasiyaya əsasən, söhbət dekabrın sonuna nəzərdə tutulmuş silahlı təxribatdan gedir. Nazir qeyd edib ki, Poroşenko lazımı cavabı alacaq.
Lavrov həmçinin vurğulayıb ki, Kiyev belə addımları “Qərb kuratorları və qəyyumları ilə” uyğunlaşdırır. Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib ki, əldə edilən məlumatlara görə, Poroşenkoya kiçik intensivli döyüş hərəkətlərini dəstəkləməyi məsləhət görürlər. Lavrov qeyd edib ki, məqsəd Rusiyanı Ukraynaya hərbi təcavüzdə ittiham etmək yönündə təbliğatın aparılması üçün əsaslar yaratmaqdır.
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ




































