MDB
Putin dünya təhlükəsizliyinin iflasını xəbər verdi - VİDEO
ABŞ-ın Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında Müqavilədən çıxışı beynəlxalq təhlükəsizlik üçün ən ağır nəticələrə səbəb olacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında çıxışında deyib.
Dövlət başçısının sözlərinə görə, Vaşinqtonun belə addımı təhlükəsizliyin bütün arxitekturasının dağılmasına gətirib çıxara bilər. Prezident əlavə edib ki, ABŞ-ın hərəkətlərinə cavab olaraq Rusiya təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əlavə ölçüləri qəbul edəcək.
Xatırladaq ki, oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmişqanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir. Daha sonra ABŞ-ın dövlət katibi bildirib ki, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq. Pompeo qeyd edib ki, Vaşinqton müqavilənin icrasına qayıdış üçün Rusiyaya 60 gün vaxt verir.
Qeyd edək ki, Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.
Ömər Dağlı
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi


















.jpg)










.jpg)

.jpg)