MDB
“Bu, bir Allaha məlumdur” – Putindən SENSASİYALI AÇIQLAMA
SSRİ və ABŞ arasında imzalanmış Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə Sovet İttifaqı üçün birtərəfli silahsızlaşma oldu.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
“SSRİ rəhbərliyi bu birtərəfli silahsızlaşmaya niyə getdi, bir Allaha məlumdur, amma bu baş vermişdi”, - Putin deyib.
O xatırladıb ki, həmin vaxt Sovet İttifaqında yalnız yerüstü əsaslı orta və kiçik mənzilli raketlər var idi, ABŞ isə həmçinin, belə raketlərin dəniz və hava versiyalarına malik idi.
“O vaxt SSRİ silahsızlaşırdı, Birləşmiş Ştatlar isə Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin altına düşməyən sistemləri inkişaf etdirməyə davam edirdi”, - Rusiya lideri qeyd edib.
Xatırladaq ki, oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir. Daha sonra ABŞ-ın dövlət katibi bildirib ki, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq. Pompeo qeyd edib ki, Vaşinqton müqavilənin icrasına qayıdış üçün Rusiyaya 60 gün vaxt verir.
Qeyd edək ki, Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.
Razılaşma çərçivəsində üç il ərzində SSRİ 1846, ABŞ isə 846 raket kompleksini məhv edib.
Ömər Dağlı
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma


















.jpg)









.webp)








