Bayram günü DƏHŞƏTLİ PARTLAYIŞ: ölənlərin sayı 31 nəfərə çatdı... - YENİLƏNDİ
Bizi izləyin

MDB

Bayram günü DƏHŞƏTLİ PARTLAYIŞ: ölənlərin sayı 31 nəfərə çatdı... - YENİLƏNDİ

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Ölənlərdən birinin azyaşlı olduğunu bildirilib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

***

Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xilasedicilər daha iki nəfərin – qadın və kişinin meyitini dağıntılar altından çıxarıblar.

***

Rusiyanın Magnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Publika.az xəbər verir ki, 21 nəfərin taleyi hələ də məlum deyil.

***

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, onlardan iki nəfəri uşaqdır.

Dağıntılaraltında 20-dən çox insanın qaldığı ehtimal edilir.

***

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

***

2019.01.01

15:17

Rusiyada yerləşən Çelyabinsk Oblastında qaz sızması nəticəsində böyük partlayış meydana gəlib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində ölü sayı 8-ə çatıb. İtkin düşənlərin sayı isə 70-i keçib.

Dünən səhər meydana gələn partlayış nəticəsində binanın bir tərəfi tamamilə çöküb. Ətrafdakı binalar da zərər görüb.

Qorxunc olaydan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib. Rusiya prezidenti Vladimir Putin isə yaralıları ziyarət edib.

Çelyabinsk Oblastının vali köməkçisi Oleq Klimov hadisə yerindən 3 nəfərin canlı çıxarıldığını, 19 nəfərin yaralandığını. 79 nəfərin isə itkin düşdüyünü bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm