MDB
İşğal olunmuş ərazilərə muxtariyyət... – Vasitəçilərdən İMTİNA ÇAĞIRIŞI
Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Donbasa muxtar region statusu verilməsi üzrə təşəbbüslərə qarşı çıxıb.
Publika.az xəbər verir ki, siyasətçi bu haqda “1+1” telekanalının efirində deyib.
“Bu, tamamilə yolverilməzdir. Bu, bizim ərazimizdir, bu, bizim torpağımızdır”, - Timoşenko bildirib.
O qeyd edib ki, Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu haqqında qanun Donbasa birbaşa muxtariyyət verməsə də, bu qanunla real muxtariyyət təsdiq edilib.
Timoşenko həmçinin Budapeşt formatında (ABŞ, Ukrayna, Böyük Britaniya və Rusiya) vəziyyətin nizama salınması üzrə danışıqlar aparmağa çağırıb.
Xatırladaq ki, Ukraynanın tərkibində Donbas muxtar regionu yaratmaq təklifi ilə daha əvvəl “Ukraynanın seçimi – xalqın hüququ” ictimai hərəkatın lideri Viktor Medvedçuk çıxış edib.
Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi 2014-cü ilin yazında başlanan əməliyyatların nəticəsi olaraq Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə keçib. Donbas münaqişəsinin həlli üçün “Normandiya formatı” (Rusiya, Ukrayna, Fransa, Almaniya –red.) yaradılıb, münaqişə həmçinin ABŞ və Rusiya arasında ikitərəfli danışıqların mövzusudur.
Ömər
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO


































.jpg)