
"Air Astana" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə məcburi eniş edib.
Publika.az xəbər verir ki, Atırau - Amsterdam reysi üzrə hərəkət edən təyyarə texniki səbəbdən enməli olub.
Bununla əlaqədar "Air Astana" aviaşirkətinin Moskva filialının nümayəndəsi Minskə gəlib.
Qeyd edilir ki, sərnişinlər digər reyslərlə Amsterdama yola salınır.