MDB
Rusiyadan ABŞ-a qarşı sərt çıxış
“ABŞ Rusiyanın partnyoru deyil. Vaşinqtonla münasibətlərdə “strateji səbr” anlayışına sadiq qalmaq lazımdır”.
Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Beynəlxalq yaşam” dərgisinə müsahibə verən müavin ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti haqqında danışıb.
“Bir zamanlar “strateji səbr” deyilən termin var idi. Gələcəkdə Vaşinqtonla münasibətlərdə tətbiq olunması lazım olan və olmayanları müəyyən edən yanaşma üçün uyğun qavrayışın bu olduğunu düşünürəm. İroniya məsələsinə gəlincə, zaman-zaman ehtiyac var. Ancaq hər şey ölçülü şəkildə olmalıdır. Ciddi mövzular yumor obyekti olmamalıdır. Ciddi şeylər ciddi danışılmalıdır” -, Ryabkov bildirib.
Ryabkov qeyd edib ki, iki ölkə arasındakı münasibətlər dalana dirənmiş durumdadır.
Məlumat üçün qeyd edək ki, “strateji səbir” termini başqa bir ölkə ilə münasibətlərdə avantaj əldə etmək və ya dialoqun başladılması üçün istifadə ediləcək anların gəlib çıxmasını gözləmək anlamına gəlir.
Zümrüd
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
















.jpg)




.jpg)














.jpg)