MDB
O, Ukraynanın yeni prezidentidir: RƏSMİ NƏTİCƏLƏR - YENİLƏNDİ
Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 83,76 faizinin hesablanmasından sonra seçkilərdə öndədir.
Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyаsı açıqlayıb.
Məlumata görə, Vladimir Zelenski seçkilərdə 73,18 faiz səs toplayıb. Onun rəqibi Petro Poroşenkoya isə seçicilərin 24,48 faizi səs verib.
***
Ukraynada prezident seçkilərində səslərin 18 faizi sayılıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, hazırkı nəıticələrə görə, Vladimir Zelenski 73,31, Petro Poroşenko isə 24,35 faiz səs toplayıb.
***
Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilk nəticələrini açıqlayıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, səslərin 1,47 faizinin sayılmasından sonra Vladimir Zelenskinin 70,82 faiz seçici səsi topladığı açıqlanıb.
Rəsmi məlumatda qeyd edilir ki, hazırkı prezident Petro Poroşenko 26,82 faiz səs toplayıb.
***
Ukrayna prezidenti Poroşenko seçkilərdə məğlubiyyəti etiraf edib.
UNİAN agentliyi xəbər verir ki, o, seçki qərargahında çıxış edərək bildirib ki, "ekzit-poll"un nəticələri opponentinə zəng vurmağa və onu təbrik etməyə əsaslar verir.
“Artıq növbəti ayda prezidentlik postunu tərk edəcəyəm. Ukraynalılar belə qərar verdilər. Mən bu qərarı qəbul edirəm. Lakin onu da vurğulamaq istəyirəm ki, mən siyasəti tərk etmirəm”, - Poroşenko deyib.
Vladimir Zelenski Ukraynada prezident seçkilərinin ikinci turunda qalib gəlir.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda “Milli eksit-poll-2019”un məlumatında deyilir.
“Zelenski 73,2, Poroşenko isə 25,3 faiz səs toplayıb”, - brifinqdə İlka Kuçeriva adına “Demokratik təşəbbüslər” fondunun direktoru İrina Bekeşkina bildirib.
-
Sosial07:35Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - Mühüm məsləhət
-
Dünya07:15Mask və Zukerberqin gizli ortaq nöqtəsi: Ev alarkən niyə borclanırlar?
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu





































