Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşdu
Bizi izləyin

MDB

Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşdu

Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə Adıgey Respublikasında baş verib. Məlumata görə, "KAMAZ" markalı yük avtomobili qatar yoluna çıxıb. Toqquşma nəticəsində yük avtomobili, eləcə də qatarın bir vaqonu və lokomotivi yanıb.

"KAMAZ"ın sürücüsü xəsarət alıb. Sərnişinlərdən həkimə müraciət edən olmayıb. Hazırda qəza yerində polis və yanğınsöndürənlər işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm