Zelenski Donbasla bağlı planı elan etdi: Yaxın vaxtlarda...
Bizi izləyin

MDB

Zelenski Donbasla bağlı planı elan etdi: Yaxın vaxtlarda...

Yaxın vaxtlarda Donbasın infrastrukturuna investisiyalar qoyulacaq.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Mən bu haqda bütün xarici investorlarla danışıram”, - prezident Mariupolda gənclər və biznes nümayəndələri ilə görüşün gedişatında deyib.

Prezident həmçinin qeyd edib ki, hazırda ölkədə kiçik və orta biznesin inkişafına imkan yaradacaq islahatlar üzrə qanun layihələrinin üstündə iş gedir.

“Hakimiyyət nə edə bilər? Hakimiyyət mane olmaya və yalnız kömək edə bilər”, - Zelenskiy qeyd edib.

Onun sözlərinə görə, islahatlar məmurlarla sahibkarların ünsiyyətini minimallaşdırmağa imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm