Putin rusiyalıları Gürcüstandan çıxartmağı tapşırdı
Bizi izləyin

MDB

Putin rusiyalıları Gürcüstandan çıxartmağı tapşırdı

Vladimir Putin hökumətə Gürcüstanda müvəqqəti olan rusiyalıların vətəninə qayıdışını təmin etmək barədə tapşırıq verib.

Publika.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, bu haqda prezident tərəfindən imzalanmış fərmanda deyilir.

Qeyd edilir ki, Rusiya vətəndaşlarının təhlükəsizliyi və onların qayıdışı haqqında məsələ Gürcüstan hakimiyyəti ilə koordinasiyada həll ediləcək. Prezident Xarici İşlər Nazirliyinə rəsmi Tbilisi ilə qarşılıqlı əlaqəni təmin etməyə tapşırıb.

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında iyunun 20-də başlanmış aksiyalar bu gün yenilənib. İştirakçılar daxili işlər naziri Georqi Qaxariyanın istefasını tələb edirlər.

Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər. Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Parlament yaxınlığına çox sayda polis cəlb olunub.

Polis çoxminli aksiyanın dağıdılması üçün nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nəticədə 240 nəfər, o cümlədən 80 polis əməkdaşı zərər çəkib.

Respublikanın Daxili İşlər Nazirliyi 305 nəfərin saxlanıldığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm