Atambayev Bişkekdə mitinq keçirəcək
Bizi izləyin

MDB

Atambayev Bişkekdə mitinq keçirəcək

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bu gün yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00-da) ölkə paytaxtı Bişkekdə “Forum”un binası qarşısında mitinq keçirəcək.

“Sputnik Kırgızistan”xəbər verir ki, bunu Alamzbek Atambayev avqustun 8-də Koy-Taş kəndində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin aksiyada tərəfdarları ilə görüşəcək, bu tədbirdən sonra o, parlamentin binası qarşısında mitinq keçirməyi planlaşdırır.

Keçmiş prezident bildirib ki, hadisə zamanı tərəfdarları silahlı olmayıb, xüsusi təyinatlının ölmündə isə hakimiyyət günahkardır.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub.

Xatırladaq ki, Koy-Taş kəndi Bişkekdən 20 km aralı yerləşir. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm