İkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcək
Bizi izləyin

MDB

İkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcək

İkinci Xəzər İqtisadi Forumunun Həştərxanda keçirilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev bəyan edib.

"Mən bir daha türkmən dostlarımıza qonaqpərvərliyə görə təşəkkür edirəm, Qurban bayramlarını təbrik edirəm və hər kəsi Həştərxana dəvət edirəm. Biz orada növbəti - ikinci Xəzər İqtisadi Forumunu keçirməyi planlaşdırırıq", - deyə Medvedev birinci Xəzər İqtisadi Forumunda çıxışı zamanı söyləyib.

Qeyd edək ki, avqustun 11-12-də Türkmənbaşı şəhərinin “Avaza” Milli Turizm Bölgəsində I Xəzər İqtisadi Forumu keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm