Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını həbs etdi
Bizi izləyin

MDB

Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını həbs etdi

Ötən gün Gürcüstanda Tsxinvali bölgəsinin inzibati sərhədi yaxınlığında Rusiya hərbçiləri Qori rayonunun səkkiz sakinini saxlayıblar.

Həmin şəxslər “sərhədi” qanunsuz keçməkdə təqsirləndirilirlər.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən Qori sakinləri təcridxanada saxlanılırlar. Gürcüstan vətəndaşları ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

Gürcüstan vətəndaşlarının saxlanılması ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiya hərbçilərinin qanunsuz hərəkətlərinin dayandırılması üçün effektiv tədbirlər həyata keçirməyə çağırıb.

XİN-dən qeyd olunub ki, işğal xəttində tez-tez təkrarlanan təxribat və insidentlər təhlükəzizlik baxımından vəziyyəti gərginləşdirir və münaqişədən zərər çəkən kəndlərdə onsuz da çətin olan humanitar durumu ağırlaşdırır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm