Rusiya dünyada bərabəri olmayan silahını orduya verir - Müdafiə nazirliyi tarix açıqladı
Bizi izləyin

MDB

Rusiya dünyada bərabəri olmayan silahını orduya verir - Müdafiə nazirliyi tarix açıqladı

Rusiya Hərbi Hava Qüvvələrinin beşinci nəsil “Su-57” təyyarələrinin ilk seriyasına bu il başa çatmadan sahib olacaq.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə nazirinin müavini Aleksey Krivoruçko deyib.

Jurnalistlərə açıqlama verən müavin ordunun mövcud razılaşması əsasında 2028-ci ilə qədər bu təyyarələrdən 76 ədəd alacağını söyləyib: “İlk təyyarə, demək olar ki, göndərilməyə hazırdır. Gələn il daha bir təyyarə veriləcək. Daha sonra istehsal artacaq”.

Qeyd edək ki, qərb mütəxəssisləri "Su-57"nin analoqsuz qırıcı olduğunu idda edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm