MDB
Rusiya taxıl ixracını dayandırdı
Rusiya Avrasiya İqtisadi İttifaqının sərhədləri xaricinə taxıl məhsullarının ixracını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi informasiya yayıb.
Açıqlamada bildirilib ki, qərar buğda, çovdar, arpa və qarğıdalı məhsullarının 1 iyula qədər ixracının dayandırılmasını ehtiva edir. Qərarın verilməsinə səbəb isə bu məhsulların ölkə bazarlarında qiymətlərinin balanslaşdırılması, ölkənin taxıl məhsullarına olan ehtiyacının qarşılanması olduğu bildirilir.
Qeyd edək ki, Rusiya hökuməti ötən ilin sonunda taxıl məhsullarına kvota tətbiq edib. Bu məhsulların ixrac həcmi 7 milyon ton müəyyən edilib.
Məlumat üçün bildirək ki, ittifaqa Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.
Zümrüd
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb



















.jpg)




.jpg)









