Rusiyada Qələbə Paradı iyunun 24-də keçiriləcək
Bizi izləyin

MDB

Rusiyada Qələbə Paradı iyunun 24-də keçiriləcək

Moskvada Böyük Vətən Müharibəsində qazanılan qələbənin 75 illiyi şərəfinə hərbi parad keçiriləcək.

Publika.az NTV-yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimr Putin göstəriş verib.

O, müdafiə nazirinə tapşırıq verib ki, parad iyunun 24-də "qırmızı meydan"da böyük təntənə ilə keçirilsin.

"Qələbə paradı iyunun 24-də keçiriləcək. Amma "Ölmümsüz alay" yürüşünün keçirilməsi mümkün olmayacaq. Çünki şəhərin küçələrində böyük insan axınının getdiyi bir vaxtda təhlükəsizliyin və sosial məsafənin sərt tələblərinin yerinə yetirilməsini təmin etmək mümkün deyil", - deyə dövlət başçısı bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm