SON DƏQİQƏ: Nazarbayev koronavirusa yoluxdu - VİDEO
Bizi izləyin

MDB

SON DƏQİQƏ: Nazarbayev koronavirusa yoluxdu - VİDEO

Video əlavə olunub.

xxx

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin rəsmi saytı məlumat yayıb.

“Elbaşının (Nazarbayev) koronavirus testi, təəssüf ki, pozitiv çıxdı. Təlaşlanmağa səbəb yoxdur. Nursultan Nazarbayev evdən işinə davam edir”.

Məlumatda bildirilib ki, o, hazırda karantində saxlanılır.

Qazaxıstan hökumətinin qərarına əsasən, ölkənin 6 şəhəri gücləndirilmiş özünütəcrid rejiminə keçib. Bu çərçivədə ticarət mərkəzləri, ictimai məkanlar bağlanıb, ictimai nəqliyyatın işi dayandırılıb.

Son rəqəmlərə görə, Qazaxıstanda 15 min 877 nəfər virusa yoluxub, 97 nəfər ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm