Rusiya koronavirus statistikasını şişirdir? - ÜST-dən RƏSMİ CAVAB
Bizi izləyin

MDB

Rusiya koronavirus statistikasını şişirdir? - ÜST-dən RƏSMİ CAVAB

Rusiya əhalisinin 11%-i koronavirus testindən keçirilib.

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Buynoviç təşkilatın Avropa bürosunun mətbuat konfransında açıqlayıb.

O, Qərb mediasında Rusiyada koronavirus qaynaqlı ölümlərin əskik göstərildiyinə dair səsləndirilən fikirləri təkzib edib: “Rusiya test platformasını böyük miqyasda genişləndirib. Buna görə də yoluxma statistikası baxımından yaxşı anlayışa sahibdir. Bundan dolayı, yoluxma və ölüm sayına dair daha real tablo mövcuddur”.

Son rəqəmlərə görə, Rusiyada 561 min 91 nəfər koronavirusa yoluxub, 7 min 660 nəfər xəstəlik səbəbilə dünyasını dəyişib. Ölkədə 15 milyon 679 min 724 test keçirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm