QRU ABŞ əsgərlərinin başına mükafat qoydu... – Kəşfiyyat məlumatları ÜZƏ ÇIXIR
Bizi izləyin

MDB

QRU ABŞ əsgərlərinin başına mükafat qoydu... – Kəşfiyyat məlumatları ÜZƏ ÇIXIR

Rusiya kəşfiyyatı “Taliban” döyüşçülərinə ABŞ əsgərlərini öldürmələri üçün pul təklif edib.

Publika.az
xəbər verir ki, bu iddia ilə “Nyu-York Tayms” qəzeti çıxış edib.

Qəzet məlumatı ABŞ kəşfiyyatının rəsmilərinə istinadən yayıb. Məlumata görə, ABŞ rəsmiləri rusların bu təklifini tutulan “Taliban” döyüşçülərindən öyrəniblər.

Qəzet bu kəşfiyyat məlumatının mart ayında Prezident Donald Trampa və Milli Təhlükəsizlik Şurasına təqdim edildiyini yazır. Qeyd edir ki, Moskvaya qarşı diplomatik notanın verilməsindən tutmuş bir sıra sanksiyaların tətbiqinə qədər müxtəlif addımların atılacağı gözlənilir.

ABŞ-ın bəzi rəsmiləri Rusiyanın bu addımının son dövrlər Vaşinqtonla “Taliban”ın sülh danışıqlarını pozmaq üçün atdığını hesab edirlər.

Qəzet bildirir ki, amerikalı əsgərləri öldürmək üçün “Taliban” döyüşçülərinə pul təklif edən rus casusları Rusiya Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm