MDB
Rusiyanı sanksiya ilə təhdid edən Avropaya cavab gecikmədi
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Moskvaya səfərinin nəticələrinə dair şərhləri Rusiya Xarici İşlər Nazirliyini təəccüb içində qoyub.
Publik.az xəbər verir ki, Borrellin səfərdən sonra Rusiya ilə bağlı açıqlamalarının onun Moskvadakı bəyanatları ilə ziddiyyət təşkil etdiyi bildirilir.
Bildirilir ki, Borrellin Brüsselə qayıdarkən Rusiyanı tənqid etməsi ilə Moskvadakı çıxışları üst-üstə düşmür.
Rəsmi Moskvanın fikrincə, Borrel Avropada təzyiqə məruz qalıb. Bu da Aİ siyasətinin əslində necə və kim tərəfindən qurulduğunu təsdiqləyir.
Qeyd edək ki, Borrel 4-6 fevral tarixlərində Moskvaya səfərinin ardınca Rusiyanın getdikcə Avropa İttifaqından uzaqlaşdığı fikrini bildirmişdi. Onun fikrincə, bu, demokratik dəyərləri mövcud bir təhlükə kimi qəbul edən Rusiyanın günahıdır və buna görə sanksiyalara məruz qala bilər. Moskvada isə Borrel Rusiya ilə Avropa İttifaqının əməkdaşlıq edə biləcəyi və birlikdə işləyəcəyi sahələrin olduğunu söyləmişdi.
Zümrüd
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu


































