MDB
Japarov Bülbüloğlunu "Dostluq" ordeni ilə TƏLTİF ETDİ - FOTO
Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏŞ) İdarə heyətinin həmsədri Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri, DHƏŞ-ın sədri Polad Bülbüloğlu və DHƏŞ-in icraçı direktoru Anatoli İksanovla görüşüb.
Publika.az xəbər verir ki, Sadır Japarov fondun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında mədəni sahədə əlaqələrin möhkəmlənməsində DHƏŞ-in böyük rolu olduğunu bildirib.
Dövlət başçısı deyib ki, fond hər il Qırğızıstanda mədəni sahədə keçirilən 5-6 layihəni maliyyələşdirir. Gələn il keçiriləcək “Karakol - MDB-nin mədəniyyət paytaxtı” layihəsi də fond tərəfindən maliyyələşdiriləcək.
Prezident Sadır Japarov bildirib ki, ölkələr arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Mixail Şvıdkoy “Danaker”, Polad Bülbüloğlu “Dostluq” ordenlərinə layiq görülüblər, Anatoli İksanov isə Qırğızıstan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib.
Ordenləri və Fəxri Fərmanı təqdim edən Qırğızıstan Prezidenti, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
