MDB
Kreml TƏSDİQLƏDİ: Zelenski Putinlə bu ölkədə görüşə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyada G20 sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşə bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi Putinin köməkçisi Yuri Uşakova istinadən yazır.
Sammit 15-16 noyabrda Bali adasında keçiriləcək. Bundan əvvəlcZelenski sammitdə iştirakını təsdiqləyib və tezliklə Putin də dəvəti qəbul edib.
"Bəli, biz təsdiq etdik ki, bizim iştirakımız gözlənilir", - Uşakova bildirib.
Nəşr qeyd edir ki, Uşakov Putinin bu tədbirdə şəxsən iştirak edib-etməyəcəyi və ya videobağlantı vasitəsilə iştirak edəcəyi sualına dəqiq cavab verə bilməyib.
"Bilmirəm, onlar hələ də şəxsən dəvət edirlər, amma hələ çox vaxt var, ümid edirəm ki, pandemiya bu mühüm forumun şəxsən keçirilməsinə imkan verəcək, ancaq təxmin etməkdən qorxuram", - o əlavə edib.
Hüseyn İbadlı
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO





































