Şatunovun külü Almaniyadakı gölə səpiləcək
Bizi izləyin

MDB

Şatunovun külü Almaniyadakı gölə səpiləcək

İyunun 23-də vəfat edən rusiyalı müğənni Yuri Şatunovun külünün əsas hissəsi Moskvadakı Troekurovski qəbiristanlığında dəfn edilib, qalanı Almaniyaya aparılacaq və orada gölün üstünə səpələnəcək.

Publika.az xəbər verir ki, bu barədə mərhumun direktoru Arkadi Kudryaşov məlumat verib.

“Almaniyada heç kim Yurini ikinci dəfə dəfn etməyəcək, yalnız bir dəfn ola bilər. Qalan kül Yuranın xahiş etdiyi kimi, Almaniyada bir gölə səpiləcək” - o, qeyd edib.

Qeyd edək ki, Y.Şatunov 49 yaşında infarktdan dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm