MDB
Kremlin sensasion planı: "Slavyan ÜÇLÜYÜ" yaranır?
İyulun 15-də Rusiya Dövlət Duması və Federasiya Şurasının birgə iclası planlaşdırılır. Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 3 ölkənin “Birləşmə Paktı”nı imzalaya bilərlər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq və publisist Andrey Piontkovski məlumat yayıb.
“Bir çoxları əsas hadisələri həm Dövlət Dumasının, həm də Federasiya Şurasının iyulun 15-nə planlaşdırılan birgə iclası ilə əlaqələndirirlər. Lakin çoxları eyni şeyin martın əvvəlində baş verdiyini artıq unudub. Dövlət Dumasının və Federasiya Şurasının birgə iclasının olacağını böyük təntənə ilə elan etdilər və sonra hər şey bitdi. Daha sonra Lukaşenkonun gəlişi ilə bağlı oldu. Putin düşünürdü ki, nəhayət, onu böyük bir ittifaqa daxil edəcək, amma Lukaşenko həmişəki kimi davrandı” – politoloq qeyd edib.
Onun sözlərinə görə, Kreml Rusiya, Belarus və Ukraynanın birləşməsini elan edə bilər. Piontkovski hesab edir ki, Putin belə bir sənədi imzalamaq üçün Ukraynada vətən xaini elan edilən ölkənin sabiq prezidenti Viktor Yanukoviçdən istifadə edir.
“Axmaq ssenaridir, lakin qondarma ümumi dövlətin elan edilməsi reallığa çevrilə bilər. Üç böyük slavyan ölkəsinin prezidenti - Putin, Lukaşenko və Yanukoviç dövlətlərin birləşdirilməsi, yəni "Slavyan üçlüyü"nün yaranması barədə pakt imzalayacaqlar. Yanukoviç nəyəsə imza atacaq, Lukaşenko yenə susacaq, Putin isə səfərbər olmağa cəsarət etməyəcək” – Piontkovski əlavə edib.
Xatırladaq ki, 1991-ci ildə Belovej sazişini imzalamaqla SSRİ-nin sivil şəkildə dağıldığını rəsmiləşdirən Moskva-Minsk-Kiyev indi də "Üçlüy"ün bərpasına çalışır.
Akqabay
-
Sosial09:48Dünya od tutub yanacaq: Görünməmiş istilər gəlir - Alimlər tarixi açıqladı
-
Region09:24İsraildən Müctəba Xamenei açıqlaması: Mütləq ovlayacağıq
-
Region09:00İranın atom elektrik stansiyası hədəfdə - Reaktiv mərmi düşdü
-
MDB08:00Krasnodarda güclü partlayışların ikinci dalğası başladı
-
İdman06:16Almaxanımın mahnısı trendə düşdü
-
Hadisə06:00Binəqədidə güclü yanğın tam söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin102:42Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Yaxın Şərq00:45Yüksək vəzifəli İsrail rəsmisi öldürüldü - İDDİA



































