İdman
CAF-dan şok qərar: Seneqalın Afrika çempionluğu əlindən alındı
Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun final oyununda yaşanan insidentlə bağlı şok qərarlar verib.
Publika.az xəbər verir ki, Seneqal millisinə texniki məğlubiyyət verilib, turnirin qalibi isə Mərakeş millisi elan olunub. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
CAF Mərakeş tərəfinin matçın nəticəsi ilə bağlı apellyasiyasını təmin edib. Buna səbəb Seneqal futbolçularının oyun zamanı meydanı tərk etməsi olub.
"Afrika Millətlər Kubokunun reqlamentinin 84-cü maddəsinə uyğun olaraq, Seneqal millisinə final matçında texniki məğlubiyyət verilib və texniki qələbə Mərakeş yığmasının xeyrinə rəsmiləşdirilib", – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Seneqal və Mərakeş milliləri arasında final oyunu bu ilin yanvarın 18-də keçirilib. Matçın əsas vaxtının sonlarında Seneqal futbolçuları qapılarına təyin olunan penaltiyə etiraz edərək meydanı tərk ediblər. Təxminən 15 dəqiqəlik fasilədən sonra komandalar yenidən oyuna qayıdıb və Brahim Diasın penalti zərbəsini Eduar Mendi dəf edib. Əlavə vaxtda isə qələbə qolunu Pape Queye vuraraq Seneqal komandasını önə çıxarıb.
Heybət
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatları AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu




























.png)


.jpg)




