"Twitter" Rusiya XİN-in hesabını blokladı
Bizi izləyin

MDB

"Twitter" Rusiya XİN-in hesabını blokladı

"Twitter" Rusiya Xarici İşlər Nazirliyinin ingilisdilli rəsmi hesabını bloklayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.

“Avqustun 5-nə keçən gecə “Twitter” platformasının administrasiyası Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi akkauntunu 7 gün müddətinə bloklayıb”, - o yazıb.

Platforma tərəfindən bu qərarın verilməsinə səbəb Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi general-leytenant İqor Kirillovun hərbi bioloji fəaliyyətlə bağlı keçirdiyi brifinqdən çıxarışların dərc edilməsi olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm