MDB
Rusiya federal büdcəsində kəskin profisit yaranıb - STATİSTİKA
İlkin hesablamalara görə, 2022-ci ilin yanvar-avqust aylarında Rusiyanın federal büdcəsinin profisiti 137,4 milyard rubl təşkil edib, büdcə gəlirləri isə 17,6 trilyon rublu ötüb.
Publika.az "kommersant.ru" saytına istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin statistik məlumatında əks olunub.
Bu dövrdə büdcə xərcləri təxminən 17,5 trilyon rubl təşkil edib ki, bu da cari il üçün təsdiq edilmiş federal büdcənin ümumi xərclərinin 73,7 faizini təşkil edir. Büdcə gəlirləri 17,6 trilyon rubl təşkil edib və bu da ümumi gəlirlərin 70,4 faizi deməkdir.
Büdcəyə daxilolmaların böyük hissəsi Federal Vergi Xidməti xətti ilə həyata keçirilib. FVX dövlətə təxminən 12,2 trilyon rubl göndərib. İkinci yerdə 4,3 trilyon rublluq köçürmə ilə Federal Gömrük Xidməti qərarlaşıb. Digər federal qurumlar isə təxminən 1 trilyon rubl köçürüb.
Rövşən Ziya
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































