MDB
Rusların yarısı iş yerində söyüş söyür – SORĞU
Hər yeddinci rusiyalı həmkarlarından söyüş eşidir və ya iş yerində özünü kəskin şəkildə ifadə edir.
Publika.az RBK-ya istinadla xəbər verir ki, belə qeyri-populyar mövzuda SuperJob xidməti araşdırma aparıb.
Respondentlərin yalnız üçdə biri (29%) iş yerində nalayiq söz və ifadələrlə üzləşmədiyini bildirib. Rəyi soruşulanların demək olar ki, yarısı (46%) istehsalat müşavirələrində və planlaşdırma iclaslarında söyüşləri müntəzəm olaraq eşitdiklərini qeyd ediblər. Sorğunun müəllifləri gender özəlliyini vurğlayıblar: kişi və qadın kollektivlərində vəziyyət nəzərəçarpacaq dərəcədə fərqlidir. Qadınların 71%-i, kişilərin isə yalnız 39%-i “letuçka”larda heç vaxt söyüşlə rastlaşmayıb.
Sorğu iştirakçılarının 45%-i bilavasitə rəhbərinin tabeliyində olan işçilərlə ünsiyyətdə söyüşdən istifadə etdiyini etiraf edib, qalan respondentlər isə heç vaxt rəhbərlərdən belə söz və ifadələr eşitmədiklərini bildiriblər. Və yenə də gender fərqləri: qadınlar 42% hallarda rəhbərliyin dodaqlarından ədəbsiz ifadələr eşidirlər, bu vəziyyət kişilərdə daha tez-tez müşahidə olunur – 68%.
Həmkarlar arasında ünsiyyətdə gender fərqi daralır: hər beş kişidən biri və qadınların 39%-i heç vaxt həmkarlarından söyüş eşitməyib.
Sorğu 2022-ci il oktyabrın 6-dan oktyabrın 11-dək ölkənin 374 şəhərində keçirilib, sorğuda daimi işi olan 18 yaşdan yuxarı 1600 rusiyalı iştirak edib.
Bundan əvvəl hansı şəhərlərdə daha çox söyüş söyüldüyü araşdırmanın nəticələri dərc olunmuşdu. Sorğu Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti tərəfindən həyata keçirilib. Məlum olub ki, Vladivostok, Nijnevartovsk, Novosibirsk, Xabarovsk və Surqut sakinləri daha çox söyüş söyürlər. Petrozavodsk, Çeboksarı, Voloqda, Sankt-Peterburq və Moskva vilayətinin Ximki şəhərlərində ədəbsiz sözlərdən ən az istifadə olunur. Mövzunun tədqiqi göstərir ki, söyüşün digərlərindən daha çox söyülməsi ilə fərqlənən şəhərlər aşağı yaşayış səviyyəsi və pis yollarla xarakterizə olunur. Əksinə, daha yüksək həyat səviyyəsi, idman məşğələlərinə böyük maraq, mənzil tikintisinin yüksək həcmi və bank depozitlərinə tələbat olan ərazilərin sakinləri daha az dərəcədə senzuradan kənar sözlər ifadə edirlər.
Səxavət
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi




















.jpg)













.jpg)

