Lukaşonkonun Paşinyana xəbərdarlığı İrəvanda XAOS YARATDI
Bizi izləyin

MDB

Lukaşonkonun Paşinyana xəbərdarlığı İrəvanda XAOS YARATDI

Belarus lideri Aleksandr Lukaşenkonun Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi bəyanatlar onu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında öhdəliklər altına qoyub.

Publika.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

XİN rəsmisi Belarus Prezidentinin fikirlərini şərh etməyi məqsədəuyğun hesab etməyib.

Hənçinin Ermənistan Parlamentinin spikeri Alen Simonyan bu gün yerli jurnalistlərə bildirib:

"Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkoya cavab verib, amma bu videonu ictimaiyyətə təqdim etsək, səhv olar".

Xatırladaq ki, KTMT sammiti zamanı Belarus Prezidenti Ermənistanın Baş nazirinin qaldırdığı məsələlərlə sərt reaksiya verib.

"Qarşımıza iki sual qoyursunuz. "Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi". Siz tələb etdiniz ki, biz öz mövqeyimizi qərarlaşdıraq. Sən bizim mövqeyimizi bilmirsən?! Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik", - Lukaşenko deyib.

Eyni zamanda, Lukaşenko ikinci suala - Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsinin hazırlanması ilə bağlı KTMT-yə müraciətə də emosional reaksiya verib:

"Hansı yol xəritəsi?! Mən sizə dərhal cavab verəcəm: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin! Bu gün qəbul etməsən, daha pis olacaq, bunu özün başa düşürsən!"

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm