Belarus-Ukrayna sərhədində GƏRGİNLİK: PUA MƏHV EDİLDİ - FOTO
Bizi izləyin

MDB

Belarus-Ukrayna sərhədində GƏRGİNLİK: PUA MƏHV EDİLDİ - FOTO

Belarus sərhədçiləri Ukrayna tərəfdən ölkənin sərhədini pozan pilotsuz uçan aparatı vurublar,

Publika.az xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsinin "Telegram" kanalı məlumat yayıb.

Fövqəladə vəziyyət Kobrin bölgəsində baş verib.

“Sərhədçilər Belarus-Ukrayna sərhədindən 100 metr aralıda Ukrayna tərəfdən Belarus Respublikası ərazisinə doğru hərəkət edən kvadrokopter aşkarlayıblar", - komitənin məlumatında deyilir.

Cihaz pulemyotdan açılan atəşlə məhv edilib və sonra üzərindən videokamera tapılıb.

Sərhəd komitəsinin məlumatına görə, pilotsuz uçan aparat kəşfiyyat üçün istifadə edilib. Hazırda hadisənin digər təfərrüatları müəyyən edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm