Putin Peqovu “İgidliyə görə” ordeni ilə təltif etdi
Bizi izləyin

MDB

Putin Peqovu “İgidliyə görə” ordeni ilə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin müharibə müxbiri Semyon Peqovu "İgidliyə görə" ordeni ilə təltif edib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Mükafat Peqova peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət, şücaət və fədakarlığa görə verilib", - məlumatda deyilir.

Semyon Pegov rusiyalı jurnalist, müharibə müxbiri, "WarGonzo" "Telegram" layihəsinin yaradıcısıdır.

Layihənin "Telegram" kanalında mükafat elan edildikdən sonra “Mən Rusiyaya xidmət edirəm!” adlı lakonik paylaşım edilib.

Oktyabrın 23-də Peqov Vodiane kəndi yaxınlığında cəbhə xəttində olarkən "Petal" minasına partladaraq ayağından yaralanıb və amputasiya edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm