MDB
Qazaxıstanda xüsusi əməliyyat: 40 nəfər saxlanıldı - VİDEO
Martın 5-də Qazaxıstan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Milli Təhlükəsizlik Komitəsinin 5-ci idarəsi ilə birgə cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması üçün xüsusi əməliyyat keçirib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyəti dayandırılıb, 40 nəfər saxlanılıb.
İdarənin məlumatına görə, cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər. Qeyd olunub ki, qrupun keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik təşkilatlarının əməkdaşları da daxil olmaqla 50-yə yaxın fəal üzvü olub.
Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən rayonun iri sənaye obyektlərində, o cümlədən “Arcellor Mittal Temirtau” ASC-də inventarların oğurlanmasının çoxpilləli sistemi aşkar edilib.
Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları qrup üzvlərinin bir neçə üstü açılmamış ağır və xüsusilə ağır cinayətlərdə (hədə-qorxu ilə tələb etmə, sağlamlığa ağır zərər vurma, adam öldürməyə cəhd) iştirakını müəyyən ediblər.
“Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul, daşınar və daşınmaz əmlak, habelə uzaqdan girişi dinləmək üçün xüsusi texniki avadanlıq müsadirə olunub, habelə 40 nəfər təqsirləndirilən şəxs polisə təhvil verilib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi