MDB
Rusiya "taxıl müqaviləsi"ni daha 60 gün uzatdı, Türkiyə isə...
Rusiya "taxıl müqaviləsi"nin bir hissəsini cəmi 60 gün uzatmağa razı olub. BMT və Türkiyə isə 120 gün uzadılmasının tərəfdarı olub.
Bu barədə Publika.az Rusiya Xarici İşlər Nazirliyinə istinadla yazır.
Qeyd edək ki, Rusiya, BMT və Türkiyə arasında müqavilənin müddəti uzadılıb. Qeyd edək ki, hələlik nə BMT, nə də Türkiyə razılaşmanın uzadılması barədə açıqlama verməyib.
Bundan əvvəl Rusiya Federasiyasının nümayəndələri müqavilənin müddətini 120 gün uzatmaqdan imtina etdiklərini bəyan etmişdilər. Bu, guya Rusiya Federasiyasının Rusiya ərzaq və gübrələrinin ixracında irəliləyiş görməməsi ilə bağlıdır.
Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna Qara dənizdəki “taxıl dəhlizi” ilə bağlı Rusiyaya güzəştə getməyəcək.
Xatırladaq ki, "taxıl müqaviləsi"nin müddəti 2023-cü il martın 18-də başa çatır. Gözlənilir ki, Ukrayna tərəflərdən sazişin ən azı bir il uzadılması ilə bağlı danışıqlara başlamağı xahiş edəcək.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)