MDB
Paşinyanın oğluna İrəvanda HÜCUM EDİLDİ
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edildiyini bildirib.
Publika.az xəbər verir ki, Simonyan hadisənin təfərrüatlarını açıqlamayıb, sadəcə bildirib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir.
Simonyan parlamentdə “Daşnaksütyun” partiyasının üzvü, “Hayastan” blokunun deputatı Mher Saakyanın dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyanı, sonra isə İrəvanın mərkəzində “Daşnaksütyun” partiyasının digər nümayəndəsini vurması hadisəsini xatırladıb.
“Bu, bir sıra mütəşəkkil təxribatlardır, izləri, əminəm ki, ölkə hüdudlarından kənarda da var. Lakin hüquqi-siyasi qiymətlər özünü çox gözlətməyəcək”, - Simonyan qeyd edib.
Bundan əvvəl müxalifətdən olan deputatlar Hayk Mamicanyan və Aspram Krpeyan bildirmişdilər ki, erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan İrəvanın mərkəzindəki Kaskadda Alen Simonyanı görəndə onu satqın adlandırıb, buna cavab olaraq spikerin mühafizəçisi onun qollarını sıxaraq saxlayıb. Simonyan özü gəlib onun üzünə tüpürüb. Spiker hadisəni inkar etməsə də, təhqirə necə reaksiya verdiyini açıqlamayıb.
Akqabay
-
Region13:15"Qonşularımızdan üzr istəyirəm!" - Pezeşkian
-
Nida Xəbər 12:55Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tam təxliyə olundu
-
Ekologiya12:21Bayram günü hava necə olacaq?
-
Nida Xəbər 11:3566 ölkənin 1761 vətəndaşı İrandan Azərbaycana təxliyə olundu
-
Hadisə11:05Azərbaycanda ictimai xadimə sui-qəsd planı hazırlanıbmış
-
Hadisə10:45Gəncədə qanunsuz tikililər söküldü - Video
-
Nida Xəbər 10:25Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edildi
-
Hadisə10:05Xaçmazda 20 kiloqram fındıq oğurlayan yeniyetməyə hökm oxundu
























.jpg)










