MDB
Rusiya mediası Prezidentin İranın dron hücumu ilə bağlı bəyanatından yazır - Foto
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İranın Azərbaycana qarşı törətdiyi terror aktını fəal şəkildə işıqlandırır.
Publika.az xəbər verir ki, Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana dron hücumunu terror aktı adlandırdığını və günahkarların məsuliyyətə cəlb edilməli olduğunu bildirdiyini yazır. Qeyd olunur ki, Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı rəsmi üzr istəməsini tələb edib və orduya cavab tədbirləri hazırlamağı tapşırıb.
TASS xəbər verir ki, dronlar Naxçıvan Muxtar Respublikası ərazisində, o cümlədən hava limanı və təhsil müəssisəsinin yaxınlığına düşüb. Agentliyin məlumatına görə, Bakı İran tərəfinə qəti etirazını bildirib və hadisə ilə bağlı lazımi tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.
“İnterfaks” agentliyi qeyd edir ki, iclasda Azərbaycan Prezidenti ölkənin silahlı qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini elan edib və ordunun və digər təhlükəsizlik qüvvələrinin zəruri hallarda istənilən əməliyyatı həyata keçirməyə hazır olmalı olduğunu bildirib. Agentlik, həmçinin Azərbaycan hakimiyyət orqanlarına istinadən bildirib ki, rəsmi Bakı cavab addımlar atmaq hüququnu özündə saxlayır.
“Kommersant” nəşri xəbər verir ki, dron hücumu nəticəsində Naxçıvan Hava Limanı terminalı da daxil olmaqla infrastruktura ziyan dəyib və buna görə də onun işi qismən dayandırılıb.
“İzvestiya” qəzeti yazır ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumundan sonra hərbi rəhbərliyə cavab tədbirləri hazırlamağı tapşırıb və Azərbaycanın bu cür hərəkətlərlə barışmaq niyyətində olmadığını vurğulayıb.
Bir sıra Rusiyanın onlayn nəşrləri və xəbər portalları da Prezident İlham Əliyevin hadisənin “Azərbaycana qarşı terror aktı” olduğu ilə bağlı bəyanatlarına istinad edir və Bakının baş verənlərə qarşı sərt reaksiyasına diqqət çəkir.
Eyni zamanda, Rusiya mediası Azərbaycan Prezidentinin “Azərbaycan nə o vaxt, nə də indi İrana qarşı əməliyyatlarda iştirak etməyib və etməyəcək” sözlərinə yer verib.
Birinci Kanal və “Rossiya 1” də daxil olmaqla bir sıra Rusiya televiziya kanalları da dron qəzasının və partlayışların nəticələrinin tüstü və dağıntıları əks etdirən videogörüntüləri nümayiş etdirib.
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi






































