MDB
Trampdan bu ölkəyə hücum mesajı - “İrandan sonra an məsələsidir”
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı Kuba ətrafındakı vəziyyəti şərh edib.
Publika.az xəbər verir ki, bununla bağlı görüntülər Ağ Evin sosial media hesablarında yayımlanıb.
"Kuba ilə baş verənlər heyrətamizdir. İlk növbədə biz bu prosesi (İrana qarşı hərbi kampaniya nəzərdə tutulur — red.) başa çatdırmaq istəyirik, lakin bu, sadəcə an məsələsidir", - deyə o, Kuba barədə danışarkən bildirib.
Trampın sözlərinə görə, insanlar Kubaya qayıtmağa hazırlaşırlar.
"Marko, sən fantastik iş görürsən. Sən Kuba adlanan yerlə bağlı fantastik çalışırsan", – deyə o bildirib.
Administrasiya rəhbəri bu sözlərlə ABŞ Dövlət katibi, həmçinin milli təhlükəsizlik üzrə müşaviri olan Marko Rubioya müraciət edib.
"Sənin və digər bir çox inanılmaz insanın (ABŞ-dan) yenidən Kubaya gedəcəyi vaxt sadəcə zaman məsələsidir. Ümid edək ki, orada qalmaq üçün yox. Biz sənin geri qayıtmağını istəyirik", – deyə Tramp əslən kubalı olan Rubioya müraciətlə sözlərinə davam edib.
Hüseyn İbadlı
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
