Yüzlərlə rus yumurtaya görə növbəyə düzüldü - VİDEO
Bizi izləyin

MDB

Yüzlərlə rus yumurtaya görə növbəyə düzüldü - VİDEO

Saratovda yüzlərlə insan toyuq yumurtası almaq üçün növbəyə düzülüb.

Publika.az xəbər verir ki, müvafiq kadrları "Shot" "Telegram" kanalı yayıb.

Bildirilib ki, dekabrın 2-də Saratov Teatr Meydanında 70 mindən çox yumurtanın satıldığı yarmarka açılıb.

Qeyd edilib ki, yumurtanın bir ədədinin qiyməti 78-100 rubl arasında dəyişir. Məhz buna görə də meydanda belə uzun növbə yaranıb.

Bir müddət öncə məlum olub ki, Federal Antiinhisar Xidməti Rusiya pərakəndə satış şirkətlərinə 2024-cü ilin mart ayına qədər könüllü olaraq toyuq yumurtalarının qiymətlərini beş faizə qədər məhdudlaşdırmağı təklif edib.

Bu il ölkədə toyuq ətinin də qiyməti kəskin artıb - ilin əvvəlindən maya dəyəri 27 faizdən çox artıb.

Market biznesin avtomatlaşdırılması xidmət sisteminə görə, toyuq iki il ərzində Rusiyanın istehlak səbətində ən bahalı məhsullardan birinə çevrilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm