MDB
Onu ekstremistlər siyahısından çıxardılar
Belarus Daxili İşlər Nazirliyi NEXTA-nın keçmiş baş redaktoru Roman Protaseviçi departamentin saytında dərc olunan ekstremist fəaliyyətdə iştirak edən vətəndaşlar siyahısından çıxarıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu siyahıda hələ də Qrodno vilayət məhkəməsi tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilmiş, Roman Protaseviçlə birlikdə saxlanılan Rusiya vətəndaşı Sofya Sapeqa da var. Ötən il mayın 16-da Belarus prezidenti Aleksandr Lukaşenko 8 il müddətinə azadlıqdan məhrum edilmiş Protaseviçi əfv edib. İyunun 7-də Lukaşenkonun da Sofyanı əfv etdiyi məlum olub.
Bundan əvvəl Belarusun Dövlət Təhlükəsizlik Komitəsi Roman Protaseviç və Sofya Sapeqanı terror fəaliyyətində iştirak edən şəxslər siyahısından çıxarmışdı. Roman Protaseviç 2023-cü il mayın 3-də hakimiyyətin konstitusiyaya zidd yollarla ələ keçirilməsinə dair sui-qəsd, terror aktlarına açıq çağırışlar, prezidenti təhqir etməkdə təqsirli bilinib. 2022-ci ilin əvvəlində Protaseviç Belarus və Polşa sərhədində miqrasiya böhranı fonunda ortaya çıxan Sistemli İnsan Hüquqları Mərkəzi ilə işləməyə başladığını elan etdi.
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı



































