MDB
Putinin MDB ölkələrindən YENİ TƏLƏBİ: "Buna xüsusi diqqət yetirilməlidir"
Rusiya Prezidenti Vladimir Putin Diplomatlar Günü münasibətilə təbrikində Rusiya Federasiyası ilə MDB ölkələri arasında Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin prioritet olduğunu bildirib.
Bu barədə Publika.az Rusiya KİV-nə istinadla xəbər verir.
"Daimi prioritet MDB ölkələri ilə əməkdaşlığın inkişafı, Avrasiya Birliyi vasitəsilə inteqrasiya proseslərinin qurulması, KTMT və İttifaq dövləti çərçivəsində əlaqələrin gücləndirilməsidir. Rusiyanın MDB-də və genişləndirilmiş BRİKS assosiasiyasında sədrliyi ilə bağlı tapşırıq və vəzifələrin yüksək keyfiyyətlə yerinə yetirilməsinə xüsusi diqqət yetirilməlidir", - Rusiya Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Rusiya diplomatiyası dövlətin dinamik inkişafı üçün əlverişli xarici şəraitin yaradılmasına, xarici tərəfdaşlarla konstruktiv əməkdaşlığın gücləndirilməsinə və beynəlxalq münasibətlərdə müsbət gündəmin təşviqinə bundan sonra da mühüm töhfə verməyə çağırılır.
“Əsl bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ədalətli çoxqütblü dünya nizamı qurmaq üçün dünya əksəriyyətinin - Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrinin konsolidasiyasına hər cür kömək etmək, beynəlxalq hüquq normalarıdır”, - deyə o qeyd edib.
Rusiya prezidenti vurğulayıb ki, Rusiya Federasiyasına qarşı başlayan hibrid müharibə, kollektiv Qərbin Rusiyanı təcrid etmək və onun təhlükəsizliyinə xələl gətirmək cəhdləri kontekstində Xarici İşlər Nazirliyinin qarşısında çox çətin tapşırıqlar və məsuliyyətli vəzifələr durur.
Hüseyn İbadlı
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır















.jpg)






.jpg)











