MDB
Putin Ermənistana səfər edəcək? – Moskva şərtini açıqladı
Rusiya prezidenti Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl Moskva erməni tərəfdaşlarından müəyyən təminatlar almalıdır.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz artıq demişik, təbii ki, Ermənistanın Roma Əsasnaməsinə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə, bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həll edilməlidir, biz buna sadiqik”, - Peskov dcyib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməsi ilə əlaqədar Ermənistana gəlmək məsələsində onun məsləhətinə ehtiyac duymur.
Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü olub. İrəvan Roma Əsasnaməsini ratifikasiya edərək fevralın 1-də BCM-nin tamhüquqlu üzvü oldu və bu hərəkətlər Rusiya ilə münasibətlərdə müəyyən soyuqluq yaradıb.
Tural
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












