MDB
Karlsonun Putinlə müsahibəsi reytinqləri ALT-ÜST ETDİ
Amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə müsahibəsi "X" sosial şəbəkəsində 200 milyon baxış toplayıb.
Publika.az xəbər verir ki, repostların sayı isə 308 minə çatıb. Bir milyondan çox insan müsahibəyə həmin bostu bəyənib.
"YouTube"da videoya baxış sayı 16,2 milyonu ötüb.
Fevralın 11-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Karlsonla müsahibəsinin əsas məqsədi uğurla həyata keçirilib. Onun sözlərinə görə, müsahibəyə baxış rəqəmləri dünyanın ən yüksək reytinqli yayımçılarının reytinqlərini xeyli üstələyir.
CNN və "Fox News"un keçmiş teleaparıcısı, özünün televiziya şəbəkəsi olan Taker Karlson Şəbəkəsinin (TCN) yaradıcısı Putindən müsahibə almaq üçün Rusiya Federasiyasının paytaxtına gəlib. Jurnalistlə Rusiya dövlətinin başçısı arasında söhbət fevralın 9-na keçən gecə dərc olunub. İki saatdan çox davam edən müsahibə Karlsonun "YouTube" kanalında, həmçinin onun "X" sosial şəbəkəsindəki hesabında və jurnalistin televiziya şəbəkəsinin saytında yayımlanıb.
O, təxminən bir həftə Moskvada qalıb.
Hüseyn İbadlı
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO





































