MDB
Navalnının cəsədi niyə gizlədilir? - Anasını morqa buraxmadılar
Aleksey Navalnının anası və vəkilləri siyasətçinin cəsədinin koloniyadan götürüldüyü Salekharddakı morqa buraxılmayıb.
Publika.az xəbər verir ki, bu haqda Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.
“Səhər tezdən Alekseyin anası və vəkilləri morqa gəldilər. Onların içəri girməsinə icazə verilmədi. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda işçilər cavab vermirlər”, - deyə Navalnının mətbuat katibi bildirib.
Öz növbəsində, İstintaq Komitəsi Navalnının anasına və vəkillərinə siyasətçinin ölüm şəraitinin araşdırılmasının uzadıldığını deyiblər.
“Prosesin daha nə qədər çəkəcəyi məlum deyil. Ölümün səbəbi hələ də "müəyyən edilməyib" deyən Yarmış “X” sosial şəbəkəsində yazıb və əlavə edib: "Onlar yalan danışırlar".
Qeyd edək ki, “Mediazona” fevralın 18-də yazıb ki, müşahidə kameralarının qeydlərindən istifadə etməklə fevralın 17-nə keçən gecə Navalnının yerləşdiyi koloniyaya ən yaxın olan Labytnangi şəhərindən Salekharda doğru hərəkət edən FSIN kortejini izləmək mümkün olub. Jurnalistlər bu kortejin Navalnının cəsədini apara biləcəyini ehtimal edirlər.
İki gündən az müddətdə 46 mindən çox insan OVD-İnfo insan hüquqları layihəsi vasitəsilə Aleksey Navalnının cəsədinin ailəsinə qaytarılmasını tələb edərək, Rusiya Federasiyasının İstintaq Komitəsinə müraciət göndərib.
Cəmilə
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO