Anası Navalnının ölüm şəhadətnaməsini imzaladı
Bizi izləyin

MDB

Anası Navalnının ölüm şəhadətnaməsini imzaladı

Lyudmila Navalnaya videomüraciətində oğlu Alekseyin ölüm şəhadətnaməsinə imza atdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Qadın bildirib ki, müstəntiqlərin müşayiəti ilə Salekharddakı meyitxanaya baş çəkib və ona oğlunun meyitini göstəriblər.

Sənəddə deyilir ki, siyasətçinin ölümü təbiidir.

Qeyd edilib ki, Aleksey Navalnının cəsədi hələ də anasına verilməyib.

Daha əvvəl bildirilmişdi ki, Lyudmila Navalnaya qanunsuz hərəkətlərdən Salekhard məhkəməsinə şikayət edib. Onun baxılması martın 4-də baş tutacaq.

Aleksey Navalnı fevralın 16-da Yamaldakı Qütb canavar koloniyasında dünyasını dəyişib.

Federal Penitensiar Xidmət məhbusun gəzintidən sonra özünü pis hiss etdiyini qeyd edib. Bir saat ərzində reanimasiya edilsə də, onu xilas etmək mümkün olmayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm