MDB
Rusiya bu ölkəyə hücuma keçəcək: Jirinoviskinin dedikləri təsdiqlənir
Dnestryanıda separatçıların kömək üçün Moskvaya müraciət etməsi Rusiyanın Moldovaya müdaxiləsini gündəmə gətirib. Separatçıların müraciətindən sonra Moldova ölkədə səfərbərlik hazırlığına başlayıb.
Publika.az xəbər verir ki, Rusiya mediası Moldovadakı proseslərlə bağlı Liberal-Demokrat Partiyasının keçmiş lideri, mərhum Vladimir Jirinoviskinin “öncəgörməsini” tirajlayıb.
Jirinoviski 4 il öncə bildirib ki, Moldovada çoxlu silah var və bu, Avropada başlayacaq III Dünya müharibəsinə kifayət edəcək.
“Əgər orada olanı partlatsanız, Avropa titrəyəcək. Özünüzü qanla yuyacaqsınız və Kişinyov hava limanına çatmağa vaxtınız olmayacaq. İki saata bu ölkənin sonu olacaq. Bizim seçilmiş qoşunlarımız var ki, onlar Avropanın yarısını şumlaya bilərlər”, - Jirinoviski deyib.
Jininoviski bunu deyəndə hələ Ukrayna müharibəsi başlamamışdı. Ukrayna müharibəsi təsdiq etdi ki, Rusiyanın ordusu nəinki Avropanı, heç Ukraynanı “şumlayacaq” gücdə deyil.
Asif
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































